Bu ilin iyul ayında Azərbaycanda pul bazası 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 142,2 milyon manat və ya 13,3 faiz artaraq 18 262,6 milyon manat təşkil edib.
“vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyun ayına nisbətdə isə iyulda pul bazasında 0,7 faiz və ya 139,1 milyon manat azalma qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna ölkədə pul bazası 17 460,3 milyon manat olub.