Mərkəzi Bankın valyuta ehtiyatları iyulda 48,1 milyon dollar artıb

2023.08.01 16:35 (UTC+04:00)

Bu ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni göstəricisi ilə müqayisədə 1 836,8 milyon ABŞ dolları və ya 24,8 faiz artaraq 9 244,0 milyon dollar təşkil edib.

vergiler.az”ın AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyun ayına nisbətdə isə iyulda valyuta ehtiyatlarında 0,5 faiz və ya 48,1 milyon dollar artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.