Biləsuvar rayonunda KOB dostu ofisi fəaliyyətə başlayıb

2023.08.01 14:30 (UTC+04:00)

Şirvan-Salyan iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostu ofisi Biləsuvar rayonunda fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, hazırda ölkənin 42 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir.

KOB dostu Biləsuvarda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək.

KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək.