Özbəkistanla məişət texnikası və liftlərin birgə istehsal imkanları müzakirə edilib

2023.08.01 11:32 (UTC+04:00)

Özbəkistanın “Artel Engineering and Management” şirkəti ilə Azərbaycan sənaye parklarında məişət texnikası, liftlər və alüminium profillərin istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, şirkət nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Ağır maşınqayırma və Elektrik avadanlıqları zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

Qonaqlara ölkədə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti, investisiya imkanları barədə məlumat verilib.