Azərbaycan Toxumçular Assosiasiyası ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, bu əməkdaşlıq nəticəsində istehsal olunan keyfiyyətli və yüksək məhsuldar tərəvəz toxumlarının ölkə fermerlərinə çatdırılmasına dəstək olmaqdır.
Bununla yanaşı yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliği istiqamətində birgə işlər həyata keçiriləcək, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlər təşkil olunacaq.