Bu ilin birinci yarısında Türkmənistanın Türkmənbaşı beynəlxalq dəniz limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında daşınan konteynerlərin sayı 2 362 TEU-ya çatıb.
“vergiler.az” Türkmənistanın dəniz ticarət donanmasının məlumatına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Yük daşımaların ümumi həcmindən 25 faizi idxal, 34 faizi ixrac, 41 faizi isə tranzit daşımaların payına düşüb.
Cari ilin ilk 6 ayında Dəniz Ticarət Donanmasının gəmiləri ilə yük daşımalarının ümumi həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz artaraq 1 150,50 min ton təşkil edib.