Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolunun 80 faiz layihələndirilməsi yerinə yetirilib

2023.08.01 10:14 (UTC+04:00)

Qlobal strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi uğurla davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “vergiler.az”a verilən məlumata görə, ox üzrə uzunluğu 110,4 km olan yolun 80 faiz layihələndirilməsi yerinə yetirilib, 64,3 km məsafəyə kimi rels-şpal çərçivələri quraşdırılıb.

Bununla yanaşı, 334 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 20-si müxtəlif ölçülü körpülərdir.

Hazırda dəmir yolu xəttinin 68-84 km aralığında torpaq və mühəndis qurğularının tikintisi işləri həyata keçirilir.