Sahibkarlara verilən mənşə sertifikatlarının sayı artıb İNFOQRAFİKA

2023.07.31 15:35 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 35 685 ədəd mənşə sertifikatı verilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz çoxdur.

Hesabat dövründə CT-1 formalı mənşə sertifikatı 28 807 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 6 271 ədəd, “A” formalı mənşə sertifikatı isə 607 ədəd təşkil edib.