İyunda üzüm şərabının istehsalı artıb

2023.07.31 11:33 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 586,8 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 69,5 faiz və ya 240,6 min dkl artıb.

Cari ilin may ayı ilə müqayisədə isə iyunda artım 9,7 faiz və ya 10,5 min dkl təşkil edib.

İyun ayında 118,9 min dkl şərab istehsal olunub. İyul ayının 1-nə hazır məhsul ehtiyatı isə 890,9 min dkl təşkil edib.