KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib

2023.07.28 13:25 (UTC+04:00)

Bu ilin yanvar - iyun aylarında KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən "vergiler.az"a verilən məlumata görə, göstərilən xidmətlərin 155 mindən çoxu “Bakı KOB evi”nin, 29 mindən çoxu “Yevlax KOB evi”nin, 13 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.

Xidmətlərin 190 mindən çoxu dövlət qurumları (“G2B”), 7300-ə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.

Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.