Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb

2023.07.28 12:43 (UTC+04:00)

Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb

“AzerGold” QSC-dən “vergiler.az”a verilən məlumata görə, layihə çərçivəsində Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu, Bayan kəndləri, eləcə də Göygöl rayonunun Tülallar kəndində kənd təsərrüfatı ilə bağlı monitorinq həyata keçirilib.

Monitorinq çərçivəsində qeyd olunan kəndlər üzrə əkin və örüş-otlaq yerlərindən torpaq və su nümunələri də götürülərək, mərkəzi laboratoriyaya analiz üçün təqdim olunub.

Monitorinqlərin nəticələri ətraflı təhlil edildikdən sonra ailə kəndli-fermer təsərrüfatlarının inkişaf etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və icrası planlaşdırılır. Belə ki, sorğu əsasında müəyyən edilən meyarlar üzrə əhaliyə təlimlərin keçirilməsi, onlara mütəxəssislər tərəfindən müvafiq məsləhət-informasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulub.