Fabrizio Vielmin: "Azərbaycan və İtaliyanın turizm sahəsində əməkdaşlığının böyük potensialı var"

2023.07.28 11:09 (UTC+04:00)

Azərbaycan və İtaliya arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığın böyük potensialı var.

Bu sözləri “vergiler.az”a Qafqaz və Mərkəzi Asiya üzrə ekspert Fabrizio Vielmin deyib. Onun sözlərinə görə, yeni post-koronavirus dövründə Azərbaycan diqqəti keyfiyyətli turizmə yönəltməlidir.

“Qastronomiya da bu turizm növünün mühüm tərkib hissəsidir. Bu sektor İtaliya-Azərbaycan akademik əməkdaşlığına əsaslanır, buna misal olaraq Azərbaycan Diplomatik Akademiyası ilə İtaliyanın ən məşhur universitetləri arasında əməkdaşlıq nəticəsində yaradılmış müştərək universiteti göstərmək olar. Aprel ayında Boloniya Universitetinin rektoru Qida Sisteminin İdarə Edilməsi üzrə Birgə Sertifikatlaşdırma Proqramına başlamaq üçün Bakıda səfərdə olub. Bu addım Bakıda Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin açılmasına gətirib çıxaracaq və belə strukturlar turizmin ərzaq təminatını yaxşılaşdıracaq.

Ekspertin sözlərinə görə, digər məqam ölkənin və onun brendinin mühüm turizm məkanı kimi tanınmasıdır.

“Formula-1” Azərbaycanı mühüm turizm məkanı kimi tanıdıb və onu bütün İtaliyada məşhur edib. Ölkənin digər bölgələrində də nümayiş tədbirlərinin təşkili müəyyən effekt verəcək. Azərbaycan brendinin məqsədyönlü sponsorluğu və marketinq kampaniyaları ölkəyə turist axınının artmasına töhfə verəcək”, - Fabrizio Vielmin bildirib.

Ekspertin fikrincə, turist axınını təkminləşdirmək üçün Bakı İtaliya ilə vahid logistika yaradılması məsələsini həll etməlidir.

“Bu yaxınlarda WizzAir Bakıdan Romaya, Milana birbaşa reys açıb. Münasibətlərimizin inkişafı üçün sabit, daimi birbaşa hava əlaqəsinin olması vacib olardı”, - ekspert deyib.

Tamilla MƏMMƏDOVA