28 təsərrüfatla 22,4 min hektar sahədə ərzaqlıq buğda istehsalının həyata keçirilməsinə dair müqavilələr bağlanılaraq əkinlər aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, həmin sahələrin 22 min hektarında (98,1 faiz) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner təşkil edib.
Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir. Bugünədək tədarük məntəqələrinə 29,8 min ton ərzaqlıq buğda təhvil verilib ki, bunun da 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edir.