Bu ilin yanvar-iyun aylarında ölkədə 21 096,9 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 33,8 faiz və ya 5 334,5 min dkl artıb.
Cari ilin may ayı ilə müqayisədə isə iyunda artım 22 faiz və ya 1 002,2 min dkl təşkil edib.
İyun ayında 5 560,3 min dkl alkoqolsuz içkilər istehsal olunub. İyul ayının 1-nə hazır məhsul ehtiyatı isə 382,6 min dkl təşkil edib.