Növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb

2023.07.26 17:50 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti özəlləşdirmə hərracına çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 82 sifariş qəbul edilib, hərracda 22 nəqliyyat vasitəsi satılıb.

Xidmətdən "vergiler.az"a verilən məlumata görə, hərracda “KAMAZ 65113 D3” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 10.000 manat olsa da, ən son təklif 18.000 manata yüksəlib. Bundan başqa, 9.000 manat ilkin satış qiyməti ilə təklif edilən “Kia Sorento” markalı nəqliyyat vasitəsi 13.200 manata satılıb.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/357Coj linki vasitəsilə tanış olmaq mümkündür.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən növbəti hərraclar 1, 8 və 15 avqust tarixlərində keçiriləcək.