Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
“vergiler.az” AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 7,5 faiz, yuxarı həddi isə 10 faiz səviyyəsində saxlanılıb.
Bu qərar aparılan makroiqtisadi təhlillər, yenilənən proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
Pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il sentyabr ayının 20-də açıqlanacaq.