Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu yenidən qurulur VİDEO

2023.07.26 09:45 (UTC+04:00)

Ölkə əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “vergiler.az”a verilən məlumata görə, 45 km uzunluğa malik sözügedən yol Ağdam və Ağcabədi rayonlarını birləşdirir.

Tikintinin tərtib olunan qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayonlarını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.