Bu ilin yanvar-iyun aylarında ölkədə 431,3 min ton kartof istehsal olunub.
"vergiler.az"ın Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 1,9 faiz və ya 7,9 min ton artıb.
Cari ilin may ayı ilə müqayisədə isə iyunda artım 2,1 dəfə və ya 137 min ton təşkil edib. İyun ayında 259 min ton kartof istehsal olunub.