Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 477 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 277 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, hesabat dövründə hazırlanan mülkiyyət sənədlərinin sayı 2022-ci ilin yanvar-iyun aylarının göstəricini 71,8 faiz üstələyib.
Texniki sənədlərin hazırlanması zamanı 88 bölgü planı, 76 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub. Bu dövrdə 13 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.
Bələdiyyələrdən daxil olan 87 müraciətə əsasən müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 10 şifahi müraciət əsasında hüquq sahibləri ilə əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.