Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı iyulun 1-nə 87-yə çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, layihə çərçivəsində cari ilin 6 ayında istehlakçılara 290,1 min manatdan çox, iyun ayında isə 66,9 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
Yanvar ayı ilə müqayisədə iyun ayında istehlakçılara qaytarılan məbləğ 3,2 dəfə artıb.