Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, 1 iyul 2023-cü il tarixinə muxtar respublika ərazisində 1826 obyektdə 1884 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Cari ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83,2 milyon manatdan çox, təkcə iyun ayında isə ilin əvvəli ilə müqayisədə 3,7 dəfə çox olub.