“Miniboss Business School Baku”nun tələbələri 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində 6-16 yaş arası uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, 20-dən çox ölkənin iştirak etdiyi tədbirdə ən yüksək nəticə göstərərək finala çıxan “Econotes” komandası innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin suallarını cavablandırma meyarları üzrə digər komandaları geridə qoyaraq birinci olub.
Qeyd edək ki, “Econotes” komandası cari ildə “Miniboss Business School Baku”nun təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə keçirilmiş Milli Startap Çempionatının da qalibidir.