2023-cü ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar 449 müraciətə baxılıb.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, müraciətlərdən 112-si təmin edilib, 17 müraciətlə bağlı araşdırma aparılıb və ərizədə qeyd olunan faktlar aşkar edilməyib.
Bununla yanaşı, 158 müraciətdə vətəndaşlara qanunamüvafiq izahat və tövsiyə verilib, 33-ü baxılması üçün aidiyyəti orqanlara göndərilib, 30-na rəy və təklif verilib.
Hazırda 99 müraciət üzrə araşdırmalar davam edir.