Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Çexiyaya 427 milyon ABŞ dolları dəyərində 698,7 min ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 38,9 faiz (119,7 milyon dollar), həcm baxımından isə 64,4 faiz (273,9 min ton) üstələyir.
Təkcə cari ilin iyununda bu ölkəyə 45,2 milyon dollar dəyərində 90,2 min ton xam neft məhsulları ixrac edilib.