Bu ilin iyul ayında Rusiyanın Ryazan vilayətinin quşçuluq müəssisəsi tərəfindən Azərbaycana 65 min baş günlük cücə ixrac edilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, yükə sənədli və fiziki nəzarət aparılarkən baytarlıq qanunvericiliyinin pozulması halları aşkar edilməyib.
Quşçuluq müəssisəsinin epizootik vəziyyəti laboratoriya müayinələrinin nəticələri ilə təsdiqlənib.