Balıqçılığın inkişafı layihəsinə 150 min manat güzəştli kredit ayrılıb

2023.07.20 15:15 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən balıqçılığın inkişafı layihəsi üzrə 150 min manat güzəştli kredit ayrılıb.

Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit sahibkar Amil Hüseynova verilib.

Layihənin maliyyələşdirilməsi “Unibank” ASC vasitəsilə həyata keçirilib.