Bütün gəlir və xərc maddələrinin mənfəət və zərərdə göstərilməsi…

2023.07.27 12:08 (UTC+04:00)

“Maliyyə hesabatlarının təqdimatı” adlı 1№-li Mühasibat Uçotunun Beynəlxalq Standartının (MUBS) 36-cı maddəsinə əsasən, maliyyə hesabatlarının tam tərkibi ildə bir dəfədən az olmayaraq təqdim edilməlidir. Standartın tələblərini “vergiler.az”a maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov izah edir.

Həmin Standartın 88-ci maddəsinə əsasən, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinin göstərildiyi hal istisna olmaqla, hesabat dövrü ərzində tanınmış bütün gəlir və xərc maddələrini mənfəət və zərərdə göstərməlidir.

MHBS-nın mövcud tələbinə əsasən, 601 nömrəli hesabında yığılan bütün məbləğlər hesabat dövrünün sonunda 801 nömrəli hesaba bağlanmalıdır. Yəni, aşağıdakı mühasibat yazılışı verilməlidir:
Dt 601 Kt 801

Həmçinin, 721 nömrəli hesabda yığılan bütün məbləğlər hesabat dövrünün sonunda 801 nömrəli hesaba bağlanmalıdır. Yəni, aşağıdakı mühasibat yazılışı verilməlidir:

Dt 801 Kt 721

Sonda 801 nömrəli hesabda olan qalıq 341 nömrəli hesaba bağlanmalı və yekun mənfəət üçün aşağıdakı mühasibat yazılışı verilməlidir:

Dt 801 Kt 341