Bu ilin yanvar-iyun aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 573,8 milyon ABŞ dolları və ya 21 faiz artaraq 3,3 milyard dolları ötüb.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 6 ayında Azərbaycandan MDB ölkələrinə 827,1 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 33,8 milyon dollar və ya 3,9 faiz azdır.
MDB ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 32,5 faiz və ya 607,6 milyon dollar artaraq 2,47 milyard dolları üstələyib.
Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 12,6 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,6 faiz bəndi çoxdur.