Aqrar sahədə fəaliyyət göstərən 40 nəfər gənc mütəxəssis İsrailin Arava bölgəsində təcrübə keçmək imkanı əldə edib.
Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçəcək, 1 ay müddətində isə həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edəcəklər.
Təcrübə proqramı bu ilin avqust ayından 2024-cü ilin iyul ayınadək davam edəcək.