6 aya 21 milyon ABŞ dolları dəyərində sement ixrac edilib

2023.07.17 16:40 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 21 milyon ABŞ dolları dəyərində 371,7 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 7,69 milyon dollar və ya 57,6 faiz, həcm baxımından isə 63,29 min ton və ya 20,5 faiz çoxdur.

Təkcə cari ilin iyun ayında ölkədən 5,36 milyon dollar dəyərində 89,7 min ton sement ixrac edilib ki, bu da may ayı ilə müqayisədə dəyər ifadəsində 635,95 min dollar (13,4 faiz), həcm olaraq isə 8,68 min ton (10,7 faiz) çoxdur.

2023-cü ilin ilk 6 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,12 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,19 faizə bərabər olub.