Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 58 faizədək artıb

2023.07.17 14:10 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 5 288,88 min ABŞ dolları və ya 57,8 faiz artaraq 14 434,89 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 6 ayında Azərbaycandan Səudiyyə Ərəbistanına 2 160,15 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 284,42 min dollar və ya 11,6 faiz azdır.

Səudiyyə Ərəbistanından Azərbaycana idxal edilən məhsulların dəyəri isə 83,2 faiz və ya 5 573,3 min dollar artaraq 12 274,74 min dollar təşkil edib.

Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,05 faiz təşkil edib.