Bu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 26 166,41 milyon ABŞ dolları təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 1 330,22 milyon dollar və ya 5,3 faiz çoxdur.
Cari ilin ilk 6 ayında ixrac əməliyyatları 17 967,95 milyon dollar olub ki, bu da 2022-ci ilin eyni göstəricisindən 511,27 milyon dollar (2,8 faiz) azdır.
Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri illik ifadədə 1 841,49 milyon dollar (28,9 faiz) artaraq 8 198,46 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarətində 9 769,49 milyon dollar məbləğində müsbət saldo yaranıb.