Bu ili yanvar-iyun aylarında Rusiyanın Kemerovo vilayətindən Azərbaycana 336,8 ton buğda unu ixrac edilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, Azərbaycan regiondan un idxal edən əsas ölkələr arasında yer alıb.
Ən çox məhsul tədarükləri Çin (1 296 ton), Şimali Koreya (3 833 ton), Türkmənistan (1 822 ton), Azərbaycan (336,8 ton), Qırğızıstan (64 ton) və BƏƏ-nin (0,024 ton) payına düşüb.
Ümumilikdə, birinci yarımilin yekunlarına görə, Kemerovo vilayətindən 101 min ton taxıl və emal məhsulları ixrac edilib ki, bu da bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur.