Bu ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5865,2 milyon manat təşkil edib ki, onun da 2897,0 milyon manatı heyvandarlıq, 2968,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları 3,7 faiz, bitkiçilik məhsulları isə 3 faiz artıb.