Belarusun uşaq qidası istehsalçısı "Malorita Konserv və Tərəvəz Qurutma Zavodu" ASC Azərbaycan və Özbəkistandan məhsul istehsalı üçün xammal almaq niyyətindədir.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı BELTA-ya istinadən xəbər verir ki, bu barədə müəssisənin direktoru Yuri Vitryuk deyib.
Onun sözlərinə görə, müəssisə əsasən yerli xammalı emal edir. "Belarusda bitməyən meyvələri biz daha çox cənub ölkələrindən alırıq. Məsələn, söhbət şaftalı, gavalı, armuddan gedir. Əvvəllər onlar əsasən Moldovadan gətirilirdi. Bu il vektor bir qədər dəyişib, hesab edirəm ki, bu ölkələr Özbəkistan və Azərbaycan olacaq”, - deyə Y.Vitryuk əlavə edib.