Bu ilin yanvar-may aylarında Azərbaycanın Qətərlə ticarət dövriyyəsinin ümumi həcmi 2 483,87 min ABŞ dolları və ya 3,2 dəfə artaraq 3 604,8 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında Azərbaycandan Qətərə 1 542,63 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 1 035,48 min dollar və ya 3 dəfə çoxdur.
Qətərdən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 3,3 dəfə və ya 1 448,39 min dollar artaraq 2 062,17 min dollar təşkil edib.
Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qətərlə ticarətin payı 0,01 faiz təşkil edib.