Vergi ödəyicilərinə 181 mindən çox Asan İmza sertifikatı verilib

2023.07.11 15:14 (UTC+04:00)

2023-cü ilin yanvar-iyun ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 285 975 şəxs qəbul edilib və onlara 538 603 sayda xidmət göstərilib ki, bunlardan 147 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 127 minə yaxını isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) “vergiler.az”a verilən məlumata görə, ümumi elektron xidmətlərin 87,7 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Cari ilin altı ayı ərzində vergi ödəyicilərindən daxil olan 13,8 mindən çox yazılı müraciət cavablandırılıb, 7 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 862 mindən yuxarı SMS göndərilib. Dövr ərzində 1.823 vergi ödəyicisinin iştirakı ilə 138 görüş keçirilib, 2375 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Bu dövrdə ümumilikdə 119 995 müraciət üzrə 181 513 Asan İmza sertifikatı verilib. 9,1 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.