Sahibkarlığın İnkişafı Fondu tərəfindən boya istehsalının genişləndirilməsi layihəsi üzrə 850 min manat güzəştli kredit ayrılıb.
Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit “Nobel Boya və Kimya” MMC-yə verilib.
Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.