İyulun 13-də Bakıda Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında B2B görüş keçiriləcək.
“vergiler.az” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Görüşdə texnologiya və innovativ həllər təklif edən türk şirkətləri ilə biznes və əməkdaşlıq əlaqələri qurmaq və ortaq layihələr icra etmək istəyən yerli sahibkarlar iştirak edə bilərlər.
Tədbirə https://forms.gle/TkzxaBcPGw45dt2NA linkə keçid edərək qeydiyyatdan keçmək olar.
Əlaqə telefonu: (+994) 51 230 39 35