Ötən ay gündəlik neft hasilatı 610 min barel olub

2023.07.11 12:20 (UTC+04:00)

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 610 min barel olub ki, bu da 2022-ci ilin iyun ayının göstəricisindən 3,5 faiz və ya 22,4 min barel azdır.

vergiler.az”ın Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyun hasilatında 500 min bareli xam neftin, 110 min bareli isə kondensatın payı təşkil edib. 2022-ci ilin eyni ayının müvafiq göstəriciləri üzrə xam neft hasilatında 4,5 faiz (23,5 min barel) azalma, kondensat hasilatında isə 1 faiz (1,1 min barel) artım qeydə alınıb.

Bu ilin may ayına nisbətdə isə iyunda xam neft hasilatında dəyişiklik qeydə alınmayıb (500 min barel), kondensat hasilatı isə 1,8 faiz və ya 2 min barel azalıb.