Bu ilin yanvar-iyun ayları ərzində Rusiya Federasiyasının Volqoqrad vilayətindən Azərbaycana 9,5 min ton taxıl və onun emalı məhsulları ixrac edilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan taxıl və onun emalı məhsullarının əsas istehlakçı ölkələrindən biri olub ki, bu da ümumi tədarükün 3,6 faizini təşkil edir.
Cari ilin ilk 6 ayında Volqoqrad vilayətinin ərazisindən ixrac üçün nəzərdə tutulan 260 min tondan çox taxıl və onun emalı məhsullarına nəzarət tədbirləri keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Taxıl məhsullarının əsas idxalçısı İrandır. Regiondan taxıl və onun məhsullarının birbaşa ixracının 62 faizi və ya 160 min tondan çoxu bu ölkənin payına düşüb. Məhsulların 77,8 min tonu (29 faizi) Avropa İttifaqı ölkələrinə, 9,5 min tonu (3,6 faizi) Azərbaycana, 8,1 min tonu (3,1 faizi) Əfqanıstana, 6,8 min tonu (2,6 faizi) Qazaxıstana, 4,2 min tonu isə (1,6 faizi) Türkiyəyə göndərilib.