Bu ilin iyun ayında Rusiya Federasiyasının Novosibirsk vilayətindən Azərbaycana 28,5 ton dondurma ixrac edilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, yük 5d baytarlıq sertifikatı ilə birgə yola salınıb.
Məhsullar akkreditə olunmuş laboratoriyada keyfiyyət və təhlükəsizlik nəzarətindən keçib və beynəlxalq baytarlıq-sanitariya tələblərinə uyğundur.