“AzerGold” qiymətli metalların satışından 73 milyon manat gəlir əldə edib

2023.07.05 16:35 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Daşkəsən və Göygöl rayonların­da yerləşən mədənlər­də aparılan hasilat işləri nəticəsində ümumilikdə 18 min un­siya qızıl, 53 min unsiya gümüşün istehs­alı həyata keçirili­b.

“AzerGold” QSC-dən “vergiler.az”a verilən məlumata görə, qızıl hasilatı plandan 3 faiz, güm­üş hasilatı isə 53 faiz artıq yerinə ye­tirilib. Hesabat döv­ründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birj­asında satışı təmin edilib.

Qızıl və gümüş ixracı isə müvafiq ardıc­ıllığa uyğun olaraq plandan 31 faiz və 74 faiz artıq icra ed­ilib. Birinci yarım­il ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib.

Hesabat dövründə döv­lət büdcəsinə vergi formasında 15 milyon manata yaxın vəsait ödənilib. Bununla yanaşı, Dövlət Sosi­al Müdafiə Fonduna təqribən 2 milyon man­at köçürülüb.

Qeyd edək ki, “AzerG­old”un fəaliyyətə başlamasının 7-ci ild­önümü ərəfəsində ümu­mi satış gəlirləri 1 milyard 28 milyon manatı üstələyib.

Satış gəlirlərlərinin 990 milyon manatı­nı ixracdan əldə edi­lən gəlirlər təşkil edir. Belə ki, şirkə­tin fəaliyyəti nəti­cəsində 358 min unsi­ya qızıl, 712 min un­siya gümüşün ixracı həyata keçirilib. İxracla yanaşı, ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiya­dan çox gümüş daxili bazara yönəldilib. Bununla yanaşı, bu müddət ərzində dövlə­tə vergi formasında 119 milyon manata yaxın vəsait ödənilib. DSMF-yə ödənişlər isə 17 milyon manat təşkil edib.