Bu ilin yanvar-iyun ayları ərzində “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 3 348,0 milyon ABŞ dolları təşkil edib.
“vergiler.az”ın Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə 1 523,0 milyon dollar və ya 31,3 faiz azdır.
Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi illik ifadədə 58,2 faiz və ya 368,744 milyon dollar artaraq 1 002,0 milyon dollar təşkil edib.
O cümlədən cari ilin ilk altı ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 210,851 milyon dollar əldə olunub ki, bu, 2022-ci ilin yanvar-iyun aylarının göstəricisinə nisbətdə 3,9 faiz və ya 8,506 milyon dollar azdır.