Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2023.07.04 10:02 (UTC+04:00)

Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları ötən ilin eyni göstəricisi ilə müqayisədə 1 824,0 milyon ABŞ dolları və ya 24,7 faiz artaraq 9 195,9 milyon dollar təşkil edib.

vergiler.az”ın AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin may ayına nisbətdə isə iyunda valyuta ehtiyatlarında 0,2 faiz və ya 20,2 milyon dollar artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.