Azərbaycan Türk Ticarət və Sənaye Palataları Birliyinin iclasında iştirak edib

2023.07.03 16:59 (UTC+04:00)

İyulun 3-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Ticarət və Sənaye Palataları Birliyinin və Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə növbədənkənar iclas keçirilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “vergiler.az”a verilən məlumata görə, iclas “Yeni Özbəkistan: biznes və investisiya üçün yeni perspektivlər” mövzusuna həsr olunub.

Azərbaycanı iclasda ASK prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfederasiya rəhbəri tədbirdə çıxış edərkən Azərbaycan-Özbəkistan İşgüzar Şurasının fəaliyyətindən danışıb, sahibkarlara dəstəyin göstərilməsi, ölkələr arasında investisiya qoyuluşunun artırılması məqsədilə atılan addımları qeyd edib.

M.Musayev həmçinin Azərbaycanda iqtisadi sahədə aparılan struktur islahatlar, investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı mövcud iqtisadi potensial haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.