Asiya İnkişaf Bankı (AİB) üç il ərzində Azərbaycanda faktorinq bazarının 1,7 milyard dollara qədər artacağını proqnozlaşdırır.
“vergiler.az” AİB-in “Mərkəzi Asiya və Qafqazda təchizat zəncirinin maliyyələşdirilməsi” icmalına istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycanda faktorinq bazarı 110 milyon avro təşkil edib.
Bankın hesablamalarına görə, Azərbaycanın faktorinq xidmətləri bazarında bir neçə bank və bank olmayan kredit təşkilatları (BOKT) mövcuddur. Ölkədə faktorinqlə bağlı əməliyyatları tənzimləyən qanunvericilik bazası var.
Bankın ekspertləri hesab edirlər ki, bazar tənzimləyicisi faktorinqi inkişaf etdirmək üçün bir sıra addımlar atmalıdır. Bundan əlavə, banklar və BOKT-lar bu xidmətlərin təşviqində və müştərilərin faktorinq haqqında məlumatlılığının artırılmasında daha fəal olmalıdırlar.