Bu ilin yanvar-may aylarında Azərbaycandan İrlandiyaya 263,6 milyon ABŞ dolları dəyərində 453,8 min ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 5,2 dəfə (213,5 milyon dollar), həcm baxımından isə 5,1 dəfə (365,7 min ton) üstələyir.
Təkcə cari ilin may ayında bu ölkəyə 113,8 milyon dollar dəyərində 190,7 min ton xam neft məhsulları ixrac edilib ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 57,5 milyon dollar (2 dəfə), həcm olaraq isə 102,6 min ton (2,1 dəfə) çoxdur.