Ötən ay 4,5 min tona yaxın pendir və kəsmik istehsal edilib

2023.06.24 16:10 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədə 22 177,8 ton pendir və kəsmik istehsal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 1,9 faiz və ya 423,6 ton artıb.

Cari ilin aprel ayı ilə müqayisədə isə mayda 1,4 faiz və ya 64,6 ton artım müşahidə olunub. May ayında 4 488,7 ton pendir və kəsmik istehsal olunub.

İyun ayının 1-nə hazır məhsul ehtiyatı isə 37,7 ton təşkil edib.