Bu ilin yanvar-may ayları ərzində 228 475 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9 faiz çoxdur.
Cari ilin ilk beş ayı ərzindəki göstəricinin 34 977-si (15,3 faizi) ilkin, 193 498-i (84,7 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 20 565-i fərdi yaşayış və bağ evi, 38 325-i mənzil, 164 865-i torpaq sahəsi, 1 265-i qeyri-yaşayış binası, 3 121-i qeyri-yaşayış sahəsi, 288-i əmlak kompleksi, 46-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 40 390-ı Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.